VETENNAMİNE.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Mint” qəzeti məlumat yayıb.
Rəsmilər bir çox dağlıq ərazilərlə əlaqənin kəsildiyi üçün ölü və yaralı sayının artacağını gözləyirlər.
04:14
Nepalda baş verən zəlzələ nəticəsində azı 56 nəfər ölüb.
VETENNAMİNE.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Qeyd olunur ki, 30 nəfər Rukum rayonunda, 26 nəfər isə Cayarkotda ölüb. Bundan əvvəl 24 nəfərin öldüyü bildirilirdi.
02:05
Nepalda baş verən zəlzələ nəticəsində azı 24 nəfər ölüb.
VETENNAMİNE.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “India Today” telekanalı məlumat yayıb.
“Reuters” rəsmi mənbəyə istinadən xəbər verir ki, daha onlarla insan yaralanıb.
3 noyabr
22:44
Hindistan-Nepal sərhədində 6 bal gücündə zəlzələ qeydə alınıb.
VETENNAMİNE.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Nepalın 9 min nəfərə yaxın əhalisi olan Cumla şəhərindən 36 kilometr Cənub-Şərqdə və təxminən 182 min nəfərin yaşadığı Hindistanın Bəhraiç şəhərindən 166 kilometr Şimal-Şərqdə yerləşib.
“Reuters”in şahidlərə istinadən verdiyi məlumata görə, Hindistanın paytaxtı Yeni Dehlidə də binalar silkələnib.
ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,6, Hindistan Seysmoloji Mərkəzi isə 6,4 bal gücündə qiymətləndirib.
Vətən Naminə Mətbuat Xidməti