Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən
VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, həmin dövrdə Nazirliyin e-sistemlərinə
edilmiş e-sorğu və müraciət sayı 568 milyon, e-xidmətlərinə müraciət sayı 63,4 milyon olub.
2019-cu ilin əvvəlindən 51 proaktiv xidmət yaradılaraq 720 min təyinat proaktiv qaydada həyata
keçirilib. 31 e-arayış xidməti üzərindən 3,3 milyon e-arayış verilib, elektron qaydada 691 min fərdi hesab açılıb.
2019-cu ildən istifadəyə verilən e-sosial.az portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara
onlar barədə toplanmış bütün sosial məlumatlara çıxış və yaranan sosial-əmək hüquqlarının
təminatına nəzarət imkanı yaradır. Ötən dövrdə həmin portaldan 68,7 milyon dəfə istifadə olunub.
2022-ci ilin may ayında istifadəyə verilən “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) isə vahid əmək münasibətləri platformasıdır. Bu altsistem vasitəsilə əmək münasibətləri zamanı kağız üzərində aparılan bütün əməliyyatların elektron müstəviyə keçidi, həmçinin əmək müqavilələrinin kağız üzərində deyil, e-qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçilməsi təmin olunur.
E-sosial.az və ƏMAS Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Sammiti – 2023 tədbiri çərçivəsində keçirilən, müxtəlif ölkələrdən 18 kateqoriya üzrə 900 layihənin iştirak etdiyi müsabiqədə “Çempion layihə” mükafatları ilə təltif edilib. Habelə ƏMAS 2022-ci ildə “IDDA Awards” müsabiqəsində “İlin Rəqəmsal Layihəsi” elan edilib. Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin rəsmi vebsaytı (www.dma.gov.az) “Qlobal Hökumət Mükəmməlliyi” mükafatı üzrə “İlin vebsaytı” nominasiyasının qalibi olub.