Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, Vətən müharibəsində şərəfli döyüş yolu keçən Barat Quliyev Füzuli uğrunda döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin Sərəncamları ilə o, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.
Görüşdə şəhidin xatirəsi yad edilib və onun daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Dövlət başçısının tapşırığına əsasən şəhid ailələri və müharibə veteranlarının geniş miqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduqları bildirilib. Şəhid Barat Quliyevin ailəsi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən üçotaqlı mənzillə təmin edilib və ailəyə sosial ödənişlər təyin olunub. Həmçinin şəhidin ailə üzvünün məşğulluğuna dəstək göstərilib.
Şəhidin ailəsinin bundan sonra da dövlətin qayğısı ilə əhatə olunacağı qeyd olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!