Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi

Görülən sosial dəstək tədbirlərindən razılıq ifadə olundu

Bunu Əmək və əhalinin  Sosial Müdafiəsi Nazirliyinin mətbual xidmətindən vətənnaminə.az-a bildiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daha bir qrup şəhid ailəsi üzvü və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilib.

44 günlük Vətən müharibəsindən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə icra olunan sosial dəstək tədbirlərindən bəhs olunub.

Görüşdə Vətən Müharibəsi Qəhrəmanı şəhid Adil İbrahimlinin atası Asəm İbrahimli, Vətən Müharibəsi Qəhrəmanı şəhid Surxay Noçuyevin atası Əbdül Noçuyev, həmçinin digər şəhid ailələrinin üzvləri və qazilərimiz iştirak edib. Çıxış edən şəhid ailələrinin üzvləri, qazilərimiz onların rifahı, sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün aparılan işlərdən, göstərilən dəstəkdən razılıqlarını, diqqət və qayğı ilə əhatə olunduqlarına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. Həmçinin rəy və təkliflərini ifadə ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev müharibədən sonrakı dövrdə şəhid ailələrinin, qazilərimizin sosial müdafiə və aktiv məşğulluq proqramları, reabilitasiya xidmətləri ilə əhatə olunması üçün aparılan işləri diqqətə çatdırıb.

Bildirilib ki, postmüharibə dövründə şəhid ailəsi üzvləri və qazilərdən ibarət 100 min şəxsə 190 min xidmət göstərilib. Onlardan 93 min şəxsə proaktiv qaydada 104 min sosial ödəniş təyin olunub.  O cümlədən, şəhidlərin ailə üzvləri olan 7979 nəfərə, İkinci Qarabağ müharibəsi veteranları olan 81 856 şəxsə aylıq sosial ödənişlər təyin olunub. Müharibədə yaralanmış və müalicə müddəti bitmiş hərbçilərdən 3 min şəxsə əlillik və sosial ödənişlərin təyinatı aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.