Unudulmaz xatirələrimi bölüşmək istəyirəm. Azərbaycan qadınları üçün möhtəşəm olan bu tədbirdə mənə Ulu Öndər Heydər Əliyevin unudulmaz çıxışını canlı dinləmək nəsib olmuşdu. Çıxışının sonunda özü şəxsən elan etdi ki, tədbirdən sonra qurultayın çoxsaylı iştirakçıları ilə xatirə şəkili çəkdirəcək. Dövlət başçısının gərgin iş qrafikinə baxmayaraq şəkil çəkdirmək üçün qrup-qrup yaxılaşan qadınlarla səmimi söhbəti daim yaddaşımdadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, bunu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayında iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib.

“O zaman, mənim kimi gənc olan mütəxəssis üçün, bu hadisə böyük bir stimul oldu. Elə o illərdə Ulu Öndərin Sərəncamı ilə Azərbaycan İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (1995) qoşuldu və Dövlət Komissiyası yaradıldı. 1998-ci ildən ölkənin İqlim Dəyişmələri üzrə Birinci Milli Məlumatının hazırlanması prosesinə digər mütəxəssislərlə yanaşı cəlb olundum. Bu hesabat 2000-ci ildə Konvensiyanın katibliyinə təqdim olundu.
Etiraf etmək lazımdır ki, həmin dövrdə iqlim dəyişmələri məsələsi bir çox ölkələrdə dövlət siyasəti səviyyəsinə yüksəlməmişdi. Bu məsələ əsasən alımləri narahat edirdi. Bu gün iqlimlə bağlı üzləşdiyimiz risklər onların proqnozları idi. Ulu öndərin bu sahədə də uzaqgörənliyi iqlim dəyişmələri nəticələrinin Azərbaycanın iqtisadiyyatına və əhalinin sağlamlığına mənfi təsirlərinin qarşısını almaq istiqamətində görüləcək işlər üçün bir zəmin yaratdı”.