Nazir müavini Şirvan şəhərində vətəndaşları qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli iyunun 3-də Şirvan şəhərində həmin şəhərin və Hacıqabul rayonunun sakinlərini qəbul edəcək.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 24-31 may tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 – Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.