Konfransda ölkəmizi əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev təmsil edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, Səudiyyə Ərəbistanı Krallığının İnsan Resursları və Sosial İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransda Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı və digər nüfuzlu təşkilatların nümayəndələri, siyasətçilər, sənaye liderləri və ekspertlər iştirak edib.
Konfransın gündəliyində əmək bazarının meqatrendləri, əmək qanunvericiliyi və normalarında baş verən inkişaflar, dayanıqlı iş yerləri üçün proqramların müəyyən edilməsi, həmçinin əmək bazarlarının üzləşdiyi əsas problemlərin innovativ həllərinin inkişafı ilə bağlı məsələlər yer alıb.