Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, onlardan artıq 100 nəfəri proqram çərçivəsində ödənişli ictimai işlərlə təmin ediliblər. Qalan 400 nəfərin də proqram çərçivəsində məşğulluğunun təminatı üçün işlər aparılır.
Bundan əvvəl də DOST İş Mərkəzi Naxçıvan MR-də ilk layihəsi olaraq 500 şəxsi işlə təmin edib və hazırda Muxtar Respublikada artıq 600 şəxs “İşsizin dostu” proqramı üzrə müxtəlif işlərdə çalışır.
Beləliklə, Naxçıvan MR-də proqrama cəlb edilənlərin sayı 1000-ə çatacaq.
Ödənişli ictimai işlərə cəlb edilən hər bir şəxslə əmək müqaviləsi bağlanır. Bu isə həmin şəxslərin gələcək sosial təminatı, pensiya hüquqlarının təmin edilməsinə imkan yaradır.
Vətən Naminə Mətbuat Xidməti