Vetennamine.az saytının Qarabağ regionu üzrə bölgə müxbiri Zahir Süleymanovun verdiyi məlumata əsasən , 10.12.2022-ci il tarixində Bərdə RPŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09.09.1985 -ci ildə Bərdə şəhərində anadan olmuş və eyni ünvanda yaşayan Cəfərova Xəyalə Hümbət qızı Bərdə şəhəri H.Əliyev prospektində saat 12:00 da saxlanılaraq cibindən 27 ədəd bükümdə ümumi çəkisi 8,474 qr narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.
Hazırda faktla bağlı RPŞ-nin İB də Azərbaycan Respublikası CM-nin 234.1 ci maddəsi ilə cinayət işi başlanmış və Cəfərova Xəyalə Hümbət qızı şübhəli şəxs qismində tutlmuşdur.
Vetennamine.az Mətbuat Xidməti