Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, tədbirdə hərbi hissənin yaranması və döyüş yolu barədə iştirakçılara məlumat verilərək qeyd edilib ki, hərbi hissə yarandığı gündən torpaqlarımızın ərazi bütövlüyü uğrunda daim rəşadətlə vuruşub. Vətənimizin müdafiəsi zamanı qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəldiklərinə görə hərbi hissənin onlarla hərbi qulluqçusu Azərbaycan Respublikasının müxtəlif orden və medalları ilə təltif olunub.
Mərasimdə çıxış edənlər Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edərək vurğulayıblar ki, 2 il öncə onun bu günü komando hərbi qulluqçuları ilə birlikdə qeyd etməsi, Azərbaycan Ordusunun şəxsi heyəti arasında böyük ruh yüksəkliyinə səbəb olub və daima qürur hissi ilə xatırlanır.
Müdafiə nazirinin və Nazirliyin digər rəhbər heyətinin təbrikləri hərbi hissənin şəxsi heyətinə çatdırılıb. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun gündən-günə qüdrətlənməsi, döyüş qabiliyyətinin artması qeyd edilərək, Ordumuzun daima ölkəmizin ərazi bütövlüyünü qorumağa qadir olduğu vurğulanıb.
Hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.
Bayram tədbiri konsert proqramı və şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatıb.