Mutasiya hərfi mənada genetik materialda təsadüfi dəyişiklik deməkdir. Bu dəyişiklik genetik ardıcıllıqdakı bir nukleotidin digərinə çevrilməsi qədər sadə və ya bir xromosomun başdan sona həddən çox kopyalanaraq sayısının artması qədər mürəkkəb ola bilər. Bir çox mutasiyalar isə adətən müəyyən bir genə və ya bir neçə genə təsir edəcək qədər böyükdür.
Mutasiyaları anlamaq üçün ilk növbədə mutasiyalarda gördüyümüz təsadüfiliyi başa düşməliyik. Bununla belə, yalnız təsadüfiliyə əsaslanan mutasiya analizi kifayət deyil: fayda-zərər tarazlığı, mutasiya növlərinə dair nümunələr, müəyyən mutasiyaların aradan qaldırılmasının çətinliyi kimi bir çox mövzunun öyrənilməsi lazımdır.
Hər şeydən əvvəl, mutasiyaların təsadüfi dəyərlərinə və səbəblərinə baxmaq faydalıdır. Çünki təəssüf ki, bu gün mutasiyalar qeyri-elmi mənbələr və onlardan qidalanan təhsil ocaqları səbəbindən təkamül nəzəriyyəsinin yeganə mexanizmi kimi təqdim edilməyə çalışılır. Mutasiyaların nə olduğu tam açıqlanmır və onların təkamül biologiyası ilə əlaqəsi lazımi şəkildə izah edilmir. Mutasiyalar təkamülün iddia edildiyi kimi böyük bir hissəsini təşkil etmir. Hətta mutasiyalar təkbaşına mənalı təkamül dəyişikliyi belə yarada bilməz. Təbii ki, təkamül mexanizmlərindən biri olan mutasiyaların təkamül üzərində çox əhəmiyyətli təsiri var, lakin onlar digər mexanizmlərdən əhəmiyyətli dərəcədə üstün və ya artıq deyillər.
Mutasyonların təsirinə məruz qalan genetik materialı təşkil edən molekullar, bütün digər molekullar kimi fizika və kimya qanunlarına tabedirlər. Təbiətdəki bütün molekullar kimi, onlar da bir-biri ilə müxtəlif kimyəvi əlaqələrlə bağlıdırlar. Bu əlaqələr kovalent və ya ion əlaqələri kimi güclü və ya Van der Waals kimi daha zəif əlaqələr ola bilər. Ancaq kifayət qədər enerji verildiyi təqdirdə hər bir kimyəvi ılaqı qırıla bilər. Xarici mühitdən gələn təsadüfi radioaktiv dalğalar və ya mutagen kimyəvi maddələr atomların və molekulların əlaqələrini poza və ya atomların elektron konfiqurasiyalarını dəyişə bilər. Belə hallarda qırılan molekulları və atomları yeni atomlar və molekullar əvəz edə bilər. Genlərin molekulyar quruluşu dəyişdikdə, bu genlərdən əmələ gələn zülallar və fermentlər və beləliklə, canlıların fiziki quruluşu da dəyişə bilər.
Təkamülün baş verməsi üçün populyasiya daxilində müəyyən xüsusiyyətlərdə müxtəliflik olmalıdır. Əgər populyasiyada olan bütün canlılar bir-birinin tam surəti olsaydı, dəyişən mühit şəraitində üstünlüklü və əlverişsiz fərdlər formalaşa bilməzdi. Ya hamısı eyni dərəcədə faydalı olacaq, ya da hamısı eyni dərəcədə faydasız olacaqdı. Ancaq təbiətin heç bir küncündə, hətta özünü kopyalayaraq çoxalan bakteriyalarda belə, belə bir yeknəsəkliyi görmürük. Bunu təmin edən əsas mexanizm mutasiyalardır.
Mutasiyaların hər an, dayanmadan canlılarda yaratdığı kiçik dəyişikliklər, dəyişən mühit şəraitindən asılı olaraq canlılara müəyyən üstünlüklər və zərərlər verir. Buna uyğun olaraq növlərin ümumi olaraq təkamül yolu formalaşır.
Nigar Həziyeva
Vətən Naminə Mətbuat Xidməti