Azərbaycan Qarabağ Müharibəsi Əlilləri , Veteranları və Şəhid Ailələri ictimai birliyinin idarə heyyəti və VETENNAMİNE.AZ saytının kollektivi Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibəti ilə təbrik edir.
Azərbaycan xalqı hər il bu gün 1918-ci ildə müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Günü kimi də tanınan 28 may-Azərbaycanın Müstəqillik Gününün xatirəsini böyük coşqu ilə, müxtəlif şənliklər, paradlar, mədəni tədbirlər və mərasimlərlə qeyd edir.
Bu gün Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edir, çünki bu, onun müstəqilliyi və müasir dövlətinin təşəkkülü rəmzidir.
2020-ci ildə Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğradaraq, ərazi bütövlüyümüzü təmin etməklə yanaşı bütün türk dünyasına öz zəfəri ilə sevinc hissləri yaşatmışdı.
Müstəqil dövlətin nümayəndələrini bir daha səmimi qəlbdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailələrinizdə xoşbəxtlik və firavan günlər arzulayırıq.