Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına
verilən məlumata əsasən, mayın 5-i saat 12:00 radələrində Ermənistan
silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi
istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində, şərti
sərhəddə yerləşən üzbəüz mövqelərimizdə mühəndis işləri görən
traktoru atəşə tutub.Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə
yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.