HomeBütün XəbərlərMüdafiə Nazirliyinin “Açıq qapı” tədbirində Azərbaycan QMƏVŞAİB-in Sabunçu filialının üzvləri də iştirak etmişlər

Müdafiə Nazirliyinin “Açıq qapı” tədbirində Azərbaycan QMƏVŞAİB-in Sabunçu filialının üzvləri də iştirak etmişlər

Müdafiə Nazirliyinin “Açıq qapı” tədbirində Azərbaycan QMƏVŞAİB-in Sabunçu filialının üzvləri də iştirak etmişlər

2017-ci il dekabrin 30-da Azərbaycan QMƏVŞAİB-in Sabunçu filialının üzvləri Müdafiə Nazirliyinin “Açıq qapı” günü ilə əlaqədar, eləcə də HHQ və HHMQ-nın komandanlığının dəvəti ilə “N” saylı hərbi hissədə olmuşlar. Tədbirdə Sabunçu rayonundan Millət Vəkili seçilmiş Dilarə Cəbrayılova və əsgər valideynləri də iştirak edirdilər.

Qeyd olunan qoşun növünün komandanı General-leytenant Ramiz Tahirov və deputat Dilarə Cəbrayılova tərəfindən əsgərlərə bayram sovqatları paylanılmış, tədbirdə iştirak edən valideynlərin əsgər övladlarına 2-3 günlük məzuniyyət verilmişdir.

Tədbirdə Sabunçu rayon mədəniyyət işçiləri maraqlı konsert proqramı ilə çıxış etmişlər. Qonaqlar, o cümlədən valideynlər övladlarının gündəlik məişəti ilə yaxından tanış olmuşlar. Əsgərlər qarşısında çıxış edən general-leytenant R.Tahirov, millət vəkili D.Cəbrayılova, Azərbaycan QMƏVŞAİB-İn Sabunçu rayon filialının sədri Zülfüqar Cəfərov qeyd etmişlər ki, ordumuza göstərilən qayğı və diqqet, maddi-texniki bazanın güclənməsi dövlətimizin prioritet vəzifələrindən ən əsasıdır.

Qeyd olundu ki, Ali Baş Komandanın əmri ilə döyüşə atılmağa güclü ordumuz və xalqımızın ruh yüksəkliyi var.

Sonda qonaqlar və valideynler əsgərlərlə bayram süfrəsində nahar etdilər. HHQ və HHMQ-nin komandanlığı müharibə veteranlarını daim belə tədbirlərə çağıracağını bildirmiş və istənilen hərbi hissədə əsgər və zabitlərlə görüş keçirməyi dəstəklədiyini söyləmişdir.