• Xəbər Lenti
  • Ən çox oxunan
  • Hamısı
  • Xəbərlər
  • Hərbi
  • Texnologiya
Müdafiə naziri: “Peşəkar zabit kadrlarının hazırlanmasında komando hazırlığı mütləqdir”

Müdafiə naziri: “Peşəkar zabit kadrlarının hazırlanmasında komando hazırlığı mütləqdir”

07 Aprel 2023
Biləsuvarda şəhid Ziyarət Mail oğlu Hüseynovun doğum günündə xatirəsi yad edildi

Biləsuvarda şəhid Ziyarət Mail oğlu Hüseynovun doğum günündə xatirəsi yad edildi

15 May 2025
Biləsuvarda Birinci Qarabağ müharibəsi şəhidinin anım günündə xatirəsi yad edildi

Biləsuvarda Birinci Qarabağ müharibəsi şəhidinin anım günündə xatirəsi yad edildi

14 May 2025
Biləsuvar Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

Biləsuvar Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

14 May 2025
Faşizm üzərində Qələbənin 80 illiyi Mehdi Hüseynzadə abidəsi önündə qeyd olundu

Faşizm üzərində Qələbənin 80 illiyi Mehdi Hüseynzadə abidəsi önündə qeyd olundu

09 May 2025
Faşizm Üzərində Qələbənin 80 illiyi münasibətilə Ukrayna Səfirliyində Anım Tədbiri keçirildi

Faşizm Üzərində Qələbənin 80 illiyi münasibətilə Ukrayna Səfirliyində Anım Tədbiri keçirildi

08 May 2025
Ümummilli liderin 102-ci ildönümü Türkiyədə qeyd olunub

Ümummilli liderin 102-ci ildönümü Türkiyədə qeyd olunub

06 May 2025
Bu gündən xəstəlik vərəqələri e-sənəd kimi hazırlanacaq və işçiyə müvafiq müavinətlərin təyinatı üçün əsas olacaq

Bu gündən xəstəlik vərəqələri e-sənəd kimi hazırlanacaq və işçiyə müvafiq müavinətlərin təyinatı üçün əsas olacaq

02 May 2025
Biləsuvarda Şəhidlərin xatirəsi yad edildi

Biləsuvarda Şəhidlərin xatirəsi yad edildi

02 May 2025
Şəhidlərimizin “Anım günü” keçirildi

Şəhidlərimizin “Anım günü” keçirildi

30 Aprel 2025
Şəhid,leytenant Nuriyev Arif Ələskər oğlunun doğum günü qeyd olunub

Şəhid,leytenant Nuriyev Arif Ələskər oğlunun doğum günü qeyd olunub

26 Aprel 2025
Biləsuvarda Şəhid Ceyhun Nazim oğlu Gözəlzadənin doğum günündə xatirəsi yad edildi

Biləsuvarda Şəhid Ceyhun Nazim oğlu Gözəlzadənin doğum günündə xatirəsi yad edildi

30 Aprel 2025
Biləsuvarda  Şəhid Sübhan Arif oğlu Əbilzadənin  doğum günündə xatirəsi yad edildi

Biləsuvarda Şəhid Sübhan Arif oğlu Əbilzadənin doğum günündə xatirəsi yad edildi

24 Aprel 2025
  • Əlaqə
  • Əsas səhifə
  • Haqqımızda
  • Saytın istifadə qaydaları
Vətən Namin TV
Şənbə, May 17, 2025
Vətən Naminə
  • Əsas
  • Xəbərlər
  • Sosial
  • Hərbi
  • Qanunvericilik
    • Qanun
    • Fərman
    • Sərəncam
    • Qərar
  • Digər
    • Sosial sahibkarlıq
    • Elm və təhsil
    • Müsahibələr
    • Araşdırma
    • Məqalələr
    • Tədbirlər
No Result
View All Result
Vətən Naminə
No Result
View All Result
Əsas Hərbi

Müdafiə naziri: “Peşəkar zabit kadrlarının hazırlanmasında komando hazırlığı mütləqdir”

Yazar Mətbuat Xidməti
07 Aprel 2023
Kateqoriya Hərbi
A A
Facebook-da paylaşınTelegram-da paylaşın

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə aprelin 7-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Komando Dağ Təlim Mərkəzini ziyarət edib.
Müdafiə naziri mərkəzdə Heydər Əliyev adına Hərbi İnstitutun 4-cü kurs kursantlarının iştirak etdiyi “Komando başlanğıc kursu”nun gedişatı ilə tanış olub.
Məruzə edilib ki, çöl çıxışında kursa cəlb olunan heyətə yaşayış məntəqələrindəki döyüş şəhərciyində müasir döyüş üsulları, dağçılıq və digər fəaliyyətlər real döyüş şəraitinə uyğun məşq etdirilir. Keçirilən məşğələlərdə əsas diqqət hərbi qulluqçuların fərdi bacarıqlarının daha da yüksəldilməsi, döyüş vərdişlərinin təkmilləşdirilməsi, eləcə də liderlik keyfiyyətlərinin artırılmasına yönəldilir.
Məşğələləri izlədikdən sonra general-polkovnik Z.Həsənov şəxsi heyətlə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Müdafiə naziri qeyd edib ki, Ali Baş Komandanın göstərişinə uyğun olaraq Azərbaycan Ordusunda bütün sahələrdə olduğu kimi hərbi təhsil sahəsində də həyata keçirilən islahatlar davam etdirilir. Peşəkar zabit kadrlarının hazırlanmasında Türkiyə modelindən istifadə olunur və bu prosesin həyata keçirilməsində komando hazırlığı mütləqdir.
Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə təlimlərdə müasir döyüş üsulları məşq etdirilir, Ordumuzun arsenalına yeni tələblərə cavab verən silah, hərbi texnika daxil edilir və hərbi qulluqçulara onların effektiv tətbiqi qaydaları öyrədilir.
General-polkovnik Z.Həsənov qeyd edib ki, Aprel döyüşləri, Günnüt əməliyyatı, Vətən müharibəsi və sonrakı əməliyyatlarda Azərbaycan Ordusu öz qüdrətini bütün dünyaya sübut etdi. Ordumuzun daha da qüdrətlənməsi və inkişaf etməsi istiqamətində görülən işlər hazırda da davam etdirilir. Nazir xüsusi vurğulayıb ki, bu gün bütün hərbi qulluqçularla yanaşı hərbi institutda təhsil alan gələcəyin zabitləri də öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.
Məşğələləri izlədikdən sonra mərkəzdə yeni istifadəyə verilən tibb məntəqəsinə gələn müdafiə nazirinə məruzə edilib ki, müasir tələblərə cavab verən məntəqədə hərbi qulluqçuların sağlamlıqlarının təmin olunması, onlara ilkin yardımın göstərilərək ehtiyac olduğu təqdirdə hospitala təxliyə edilməsi üçün lazımi şərait yaradılıb. Tibb məntəqəsində qəbul-diaqnostika otağı, palatalar, eləcə də inzibati otaqlar mövcuddur.
Daha sonra general-polkovnik Z.Həsənov çöl çıxışında olan kursantların səhra düşərgəsinə baxış keçirib. Düşərgədə şəxsi heyətin qalması, qidalanması və asudə vaxtının səmərəli təşkili üçün yaradılan şəraitlə tanış olub.
Müdafiə naziri kursa cəlb olunan heyətə keçirilən dərslərin daha dərindən öyrənilməsi və onların gələcəkdə əsl hərbi mütəxəssis kimi yetişməsi üçün öz tövsiyələrini verib.
Sonda general-polkovnik Z.Həsənov şəxsi heyətin döyüş hazırlığının artırılması məqsədilə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Etiketlər #AzQMƏVŞAİB#komando#Müdafiə_Nazirliyi#peşəkar#təlim#vətənnaminə
Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.
Əvvəlki xəbər

Şəhid Musayev Səbuhi Rəfail oğlunun anım mərasimi kecirilib

Növbəti xəbər

MN: Laçın istiqamətində mövqelərimiz atəşə tutulub

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

RSS Vətən Naminə TV

  • ŞƏHİDLƏRİMİZİ YAŞADAQ | Hüseynzadə Elməddin 13 İyun 2024
  • “ŞAHDAĞ QUBA & TRUSKAVETS” sanatoriyasında şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı 26 Fevral 2024
  • TURANA DOĞRU | ƏSGƏRƏ MƏKTUB 11 Noyabr 2023
  • TURANA DOĞRU | DÜNYA SAVAŞINA DOĞRU... 18 Oktyabr 2023
  • TURANA DOĞRU | TÜRK DÜNYASININ ZƏFƏR GÜNÜ - II hissə 30 Avqust 2023
  • TURANA DOĞRU | TÜRK DÜNYASININ ZƏFƏR GÜNÜ - I hissə 30 Avqust 2023
  • TURANA DOĞRU | Azərbaycan və Qazaxıstan ictimai birlikləri əməkdaşlığa imza atdılar 05 Avqust 2023
  • #söyüdlü #gədəbəy #etsn #vətənnaminə #xəbərlər 18 İyul 2023
  • #gədəbəy #media #söyüdlü #etsn 18 İyul 2023
  • Prezidentin Nazirliyə verdiyi 1 həftə sona çatdı - ETSN-dən açıqlama 18 İyul 2023
  • TURANA DOĞRU | Buxara vilayətinin baş həkimi İlxom Norov 07 İyul 2023
  • TURANA DOĞRU | 26 iyun Silahlı Qüvvələr Günü 26 İyun 2023
  • ŞƏHİDLƏRİMİZİ YAŞADAQ | Kərgicahan pələngi 24 İyun 2023
  • #vətənnaminətv #turanadoğru #turanordusu #türkiyə #media 22 İyun 2023
  • #vətənnaminətv #şəhidlərölməzvətənbölünməz #gədəbəy #turanordusu #türkiyə 22 İyun 2023
Vətən Naminə

©2024 Hüquqları qorunur.

Vətən Naminə Media Qrup

  • Haqqımızda
  • Galereya
  • Saytın istifadə qaydaları
  • Əlaqə

Bizi izləyin

No Result
View All Result
  • Əsas səhifə
  • Xəbərlər
    • Siyasət
    • Cəmiyyət
    • Dünya
    • İdman
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Kriminal
  • Sosial
    • Turizm
    • Kulinariya
    • Film
    • Layihələr
  • Texnologiya
    • Kibertəhlükəsizlik
    • Proqramlaşdırma
    • Smartfonlar
    • Startup
  • Hərbi
    • Təlimlər
    • Görüşlər
    • Cəbhə Xəbərləri
  • Qanunvericilik
    • Qanun
    • Fərman
    • Sərəncam
    • Qərar
  • Digər
    • Sosial sahibkarlıq
    • Elm və təhsil
    • Müsahibələr
    • Araşdırma
    • Məqalələr
    • Tədbirlər

©2024 Hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlərdən istifadə edirik. Visit our Gizlilik Siyasəti.