Azərbaycanın xüsusi təşəbbüsü ilə SPECA-nın yaradılmasının 25 illiyinə həsr edilən sərginin açılışında Prezident İlham Əliyev iştirak edib.
VETENNAMİNE.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, SPECA üzvü olan Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Özbəkistan və Azərbaycan stendlərinin yer aldığı sərgidə tibb, sənaye, qida, tekstil, kənd təsərrüfatı və texnoloji sistemlərə dair məhsullar təqdim olunub.
Sərgidəki Azərbaycan Milli Stendi iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf və innovasiyalar, nəqliyyat infrastrukturu və tranzit, energetika, turizm, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı kimi istiqamətlərlə yanaşı, müdafiə sənayesi sahəsini də əhatə edib.
Azərbaycan iqtisadiyyatının inkişafını əks etdirən vahid stendin müdafiə sənayesi guşəsində Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və sair daxil olmaqla, 88 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilib. Əvvəlki sərgilərdən fərqli olaraq bu sərgidə ilk dəfə yeni yaradılan “AH-12,7” iriçaplı pulemyot da təqdim olunub. MSN-in nümayiş etdirdiyi bu və digər məhsullar sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
VETENNAMİNE.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, yerli istehsal olan müdafiə sənayesi məhsulları haqqında məlumat verib. O deyib ki, nazirliyin müəssisələrində atıcı silahlar, optik nişangahlar, mərmilər, snayper tüfəngləri, toplar, uçuş aparatları, geniş profilli hərbi təyinatlı bir çox məhsullar istehsal olunur: “MSN Müdafiə Nazirliyinin bütün hərbi güc strukturlarını ən müasir silahlarla təmin etməyə çalışır. Ordumuzda çox istifadə olunan 60, 82 və 120 millimetrlik mərmilər də bu qəbildəndir”.
O qeyd edib ki, MSN-in məhsulları arasında pilotsuz uçuş aparatları (PUA), o cümlədən məşhur “İti qovan” PUA-ları xüsusi yer tutur: “Bu uçuş aparatı dörd kilometr hündürlükdəki hədəfi yüksək dəqiqlik və böyük şığıma sürəti ilə məhvetmə qabiliyyətinə malikdir. PUA-nın tam səssiz işləyən elektrik mühərriki ondan kəşfiyyat xarakterli tapşırıqların icrasında da istifadə etməyə imkan yaradır”.
Bundan başqa, nazirliyin müəssisələrində zirehli texnikalar olan piyadaların “BTR” döyüş və kəşfiyyat-gözətçi “BRDM” maşınlarının modernləşdirilməsi həyata keçirilir, onlar üçün məmumatlar istehsal edilir. Həmin məmulatlardan zirehli texnikaların üzərindəki PUA-larda da istifadə olunur.
Eyni zamanda, PUA-ların operator və texniki heyətinin təhlükəsizliyini təmin etmək məqsədilə zirehli idarəetmə stansiyası yaradılıb. Müdafiə Nazirliyi bu modern texnikadan geniş istifadə etməklə, heyəti etibarlı şəkildə mühafizə edə bilir.
MSN-in nümayəndəsi bildirib ki, ümumiyyətlə, müdafiə sənayesi ilə bağlı layihələr həyata keçirilərkən silah sənayesinə daha çox üstünlük verilir: “Belə ki, nazirliyin müəssisələrində 12,7 çaplı avtomatik çalışa bilən yeni silah növü istehsal edilir. Hazırda bu qəbildən olan yeni modellər layihələndirmədədir və onlar bir qədər də inkişaf etdirilərək istehsal sahəsi genişləndiriləcək. Hələlik həmin silahın daraq tutumu 60 mərmilikdir. Ancaq gələcəkdə müxtəlif mərmi tutumlu daraqlar hazırlanacaq və istehsal daha da təkmilləşdiriləcək.
Azərbaycanın istehsal etdiyi silahların xarici şirkətlərin oxşar məlumatlarından üstünlüyü daha dəqiq və keyfiyyətli olmasıdır. Bunu xarici mütəxəssislər özləri də etiraf edirlər”.
Vətən Naminə Mətbuat Xidməti