Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən
məlumata əsasən, Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş
“Tarixin və zamanın fövqündə dayanan zirvə” mövzusunda elmi-praktik
konfrans keçirilib.
Milli Müdafiə Universitetinin zabit, professor və müəllim heyətinin iştirakı
ilə keçirilən konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin
azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
İştirakçılar müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər
Əliyevin müdrik və uzaqgörən siyasətindən danışıb, Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət
və qayğısı nəticəsində ordu quruculuğunda müasir hərb elminin inkişafına
nail olunduğunu qeyd ediblər.
Konfransda, həmçinin Ümummilli Liderin həyat və fəaliyyətinə dair
müxtəlif mövzularda elmi məruzələr təqdim edilib.