Milli Qurtuluş Günündə Vətən müharibəsi əlillərinə bayram hədiyyəsi

Qazilərə avtomobillər təqdim edildi

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısının daha bir təzahürü kimi və 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 50 nəfər Vətən müharibəsi əlilinə “Xəzər” markalı minik avtomobili təqdim edilib.

Avtomobillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, millət vəkili Arzu Nağıyev, Vətən Müharibəsi Qəhrəmanları Qəzənfər Ağayev və Cavid Behbudov, “Qarabağ qaziləri” İB-nin üzvü Rey Kərimoğlu iştirak ediblər.

A.Kərimov bildirib ki, 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu. Müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişaf yoluna çıxmasını təmin edən Ulu öndərin xüsusi qayğısı nəticəsində ölkəmizdə sosial sabitlik və inkişaf sahəsində mühüm addımlar atıldı. Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə, müharibə əlillərinin avtomobillə təminatına başlandı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.