Məktəbdə şagirdlər və müəllim kollektivi ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyevlə səmimi və ruhlandırıcı görüş keçirilmişdir.
Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndələri, Azərbaycan Respublikasının Qəhrəmanlarının və Müharibə Veteranlarının Sosial Hüquqlarının Müdafiəsi İctimai Birliyinin (AZQMƏVŞAİB) Cəbrayıl rayon filialının sədri Səbuhi Hüseynov, şəhid ailələri, qazilər və müharibə veteranları da iştirak edərək tədbirə xüsusi önəm qatmışlar.
Görüş zamanı Vahid Quliyev öz həyat yolu, döyüş xatirələri və Vətənə olan sevgisi barədə fikirlərini şagirdlərlə bölüşmüş, gənclərə milli ruhda böyüməyin, vətənə sədaqətli olmağın vacibliyini vurğulamışdır.
Tədbir şəhidlərimizin əziz xatirəsinin anılması ilə davam etmiş, onların vətən uğrunda göstərdikləri qəhrəmanlıq şagirdlərə bir daha xatırladılmışdır.
“Şəhidlər Vətənin, xalqın qürurudur!” – bu mesaj tədbirin əsas çağırışı olmuşdur.
Allah Milli Qəhrəmanımız Vahid Quliyevə uzun və sağlam ömür nəsib etsin. Şəhidlərimizə Allahdan rəhmət diləyirik! Onların ruhu qarşısında baş əyirik.
AZQMƏVŞAİB Cəbrayıl rayon filialı