Milli Qəhrəman şəhid Çingiz Qurbanovun büstünün açılış mərasimi keçirilib.


Vetennamine internet televiziyasının çəkiliş qrupu tərəfindən Azərbaycanın milli qəhrəmanı şəhid Çingiz Qurbanovun Qusar rayonunun Həzrə kəndində oxuduğu məktəbdə büstünün açılış mərasiminə həsr olunmuş geniş reportajı sizlərə təqdim edirəm.
Bu və ya digər xəbər daha çox insanın məlumat alması üçün kanalımıza abunə olmağı bəyənib paylaşmağı unutmayın.
Tədbir Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin yad edilməsi və Azərbaycan Respublikasının himninin ifa edilməsi ilə başladı.
Tədbirdə Azərbaycan Qarabağ müharibəsi əlilləri ,veteranları və şəhid aileleri ictimai birliyinin sədri Mehdi Mehdiyev,Qusar rayon İcra hakimiyyətinin vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdürü Turab Allahverdiyev,İş adamı Abubəkr Musayev, Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatının sədri David İbrəmxəlilov,şəhidin atası Salman Qurbanov və məktəbin kollektiv heyyəti iştirak etmişlər.
Tədbirin sonunda məktəbin şagirdləri şəhidin büstünün açılış mərasiminə həsr edilmiş kompazisiya ilə çıxış etmişlər .Tədbirin sonunda Azərbaycan Qarabağ müharibəsi əlilləri ,veteranları və şəhid aileleri ictimai birliyinin sədri Mehdi Mehdiyev ictimai birliyin üzvləri ilə Qusar rayonunda ilk şəhid olmuş Əliyev Qasım Qulu oğlunun anası Gülcahan xanımın dəfn mərasimində iştirak etmişdir.