Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, Göygöl, Şahdağ və Altıağac Milli Parklarına ilk qar yağıb.
Payız getdikcə öz növbəsini qışa verir. Payız xəzanında yarpağını tökmüş ağaclar bir anda ağ rəngə boyanıb. Üzərlərinə “ağ örpək” çəkilmiş ağaclar sanki ilk qarın ilk müjdəçilərinə çevriliblər.
Milli parklar hər fəsildə özünəməxsus gözəllikləri ilə insanı valeh edir. Hər kəsi bu gözəlliklərdən zövq almaq üçün milli parklara dəvət edirik!