• Xəbər Lenti
  • Ən çox oxunan
  • Hamısı
  • Xəbərlər
  • Hərbi
  • Texnologiya
Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun Adyunkturasına qəbul elan edir

Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun Adyunkturasına qəbul elan edir

11 Yanvar 2024
Şəhid Nərimanov İdris Nazim oğlunun doğum günü anıldı

Şəhid Nərimanov İdris Nazim oğlunun doğum günü anıldı

10 İyul 2025
“Ürəklərdə əbədi yaşayan qəhrəmanlar” tədbiri Bərdədə keçirildi

“Ürəklərdə əbədi yaşayan qəhrəmanlar” tədbiri Bərdədə keçirildi

03 İyul 2025
Bərdə rayonunda şəhidlərin xatirəsi anılıb

Bərdə rayonunda şəhidlərin xatirəsi anılıb

02 İyul 2025
Biləsuvarda Vətən müharibəsinin şəhid zabitinin doğum günündə xatirəsi yad edildi

Biləsuvarda Vətən müharibəsinin şəhid zabitinin doğum günündə xatirəsi yad edildi

02 İyul 2025
Yekaterinburqda baş verənlər – insan hüquqlarının və ədalətin açıq şəkildə pozulmasıdır

Yekaterinburqda baş verənlər – insan hüquqlarının və ədalətin açıq şəkildə pozulmasıdır

29 İyun 2025
26 İyun – Silahlı Qüvvələr Günü

26 İyun – Silahlı Qüvvələr Günü

26 İyun 2025
Biləsuvarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd edildi

Biləsuvarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd edildi

18 İyun 2025
Biləsuvarda I Qarabağ müharibəsi şəhidinin anım günündə ailəsi ziyarət olunub

Biləsuvarda I Qarabağ müharibəsi şəhidinin anım günündə ailəsi ziyarət olunub

13 İyun 2025
Biləsuvar rayonunda 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirildi

Biləsuvar rayonunda 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirildi

13 İyun 2025
Qurban Bayramında Şəhid Ailələrinə və Qazilərə Dəstək

Qurban Bayramında Şəhid Ailələrinə və Qazilərə Dəstək

07 İyun 2025
Biləsuvarda şəhid Xudayar Ələsgər oğlu Mərdiyevin doğum günündə xatirəsi yad edildi

Biləsuvarda şəhid Xudayar Ələsgər oğlu Mərdiyevin doğum günündə xatirəsi yad edildi

03 İyun 2025
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin çoxminli üzvləri və İdarə Heyətinin adından Polkovnik Mehdi Mehdiyevə  Təbrik Məktubu

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin çoxminli üzvləri və İdarə Heyətinin adından Polkovnik Mehdi Mehdiyevə Təbrik Məktubu

01 İyun 2025
  • Əlaqə
  • Əsas səhifə
  • Haqqımızda
  • Saytın istifadə qaydaları
Vətən Namin TV
Çərşənbə axşamı, İyul 15, 2025
Vətən Naminə
  • Əsas
  • Xəbərlər
  • Sosial
  • Hərbi
  • Qanunvericilik
    • Qanun
    • Fərman
    • Sərəncam
    • Qərar
  • Digər
    • Sosial sahibkarlıq
    • Elm və təhsil
    • Müsahibələr
    • Araşdırma
    • Məqalələr
    • Tədbirlər
No Result
View All Result
Vətən Naminə
No Result
View All Result
Əsas Elan

Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun Adyunkturasına qəbul elan edir

Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutu 2024/2025-ci tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə adyunkturaya qiyabi və dissertantlıq yolu ilə qəbul elan edir.

Yazar Mətbuat Xidməti
11 Yanvar 2024
Kateqoriya Elan
A A
Facebook-da paylaşınTelegram-da paylaşın

Qəbul “Milli təhlükəsizlik və hərbi elmlər” elm sahəsinə aid aşağıdakı ixtisaslar üzrə elan olunur:
– hərbi nəzəri elmlər;

– hərbi xüsusi elmlər;

– hərbi təbabət;

– milli təhlükəsizlik.
Fəlsəfə doktoru proqramı üzrə adyunkturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə isə həkim-mütəxəssis), Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdə olan zabitlər və dövlət orqanlarında işləyən mülki işçilər, həmçinin dövlətlərarası müqavilələrə əsasən xarici ölkələrin Silahlı Qüvvələrinin zabitləri qəbul edilirlər. Mülki ali təhsil müəssisələrini bitirən zabitlər iki ildən az olmayaraq xidmət təcrübəsinə malik olmalıdırlar.
Elmlər doktoru proqramı üzrə adyunkturaya seçdikləri sahədə elmi və ya elmi- pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan hərbi qulluqçular (mülki işçilər) qəbul edilirlər.
Fəlsəfə doktoru proqramı üzrə adyunkturaya qiyabi təhsil üçün müraciət etmiş namizədlər xarici dildən (ingilis, alman və ya fransız dillərindən biri, rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində fəlsəfədən və ixtisas fənnindən qəbul imtahanları verirlər. Xarici dil üzrə imtahanda iştirak etməyən namizədlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.
Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir və keçid balı DİM tərəfindən müəyyənləşdirilir. DİM tərəfindən müəyyən edilən keçid balını toplayan namizədlər növbəti imtahanlara buraxılırlar.
Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, Test-DaF, DELF, DALF və STANAG 2.2.2.2) malik olan namizədlər xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi Müdafiə Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.
Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna tədqiqat sahəsində müəyyən nailiyyətləri olan, ən azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və ya təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər.
Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün müraciət edən namizədlər digər namizədlər kimi xarici dil üzrə yuxarıda göstərilən qaydalar əsasında DİM-in keçirdiyi qəbul imtahanlarında iştirak etməlidirlər.
Dissertantlıq yolu ilə “Elmlər doktoru” elmi dərəcəsi almaq hüququna “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və ya təşkilat olan elmi və elmi-pedaqoji kadrlar müraciət edə bilərlər.
Fəlsəfə doktoru hazırlığı üzrə adyunkturaya (doktoranturaya) qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
– ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış zabitlər (mülki işçilər) üçün təhsil sənədlərinin tanınması haqqında şəhadətnamə);
– ali təhsilin magistr pilləsini bitirdikdən sonra adyunkturaya daxil olanlar üçün ali təhsil müəssisəsinin elmi şurasının vəsatəti (əgər varsa);
– xidməti (iş yerindən) xasiyyətnamə;
– kadrların şəxsi-qeydiyyat vərəqi və ya arayış-məlumat;
– tərcümeyi-hal;
– 2 ədəd fotoşəkil (3×4 ölçüdə);
– şəxsiyyəti təsdiq edən sənədin surəti;
– cari il üçün nəzərdə tutulmuş növbəti məzuniyyətdən istifadə edilməsi barədə arayış (əyani təhsil almaq istəyənlər üçün (bu arayış imtahanlardan öncə də təqdim edilə bilər)).
– çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (azı 2 elmi məqalə);
Elmlər doktoru hazırlığı üzrə adyunkturaya (doktoranturaya) qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
– ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış hərbi qulluqçular (mülki işçilər) üçün təhsil sənədlərinin tanınması haqqında şəhadətnamə);
– “Fəlsəfə doktoru” elmi dərəcəsi diplomunun müvafıq qaydada təsdiq edilmiş surəti (bu diplomu xarici ölkələrdə almış hərbi qulluqçular (mülki işçilər) üçün təkrar attestasiya (nostrifikasiya) diplomu);
– çap olunmuş elmi işlərin siyahısı;
– dissertasiyanın açıq planı;
– dissertasiyanın aid olduğu sahə üzrə iki elmlər doktoru elmi dərəcəsi olan mütəxəssisdən alınmış yazılı rəy;
– xidməti (iş yerindən) xasiyyətnamə;
– əmək kitabçasından çıxarış (mülki işçilər);
– kadrların şəxsi-qeydiyyat vərəqi;
– tərcümeyi-hal;
– 2 ədəd fotoşəkil (3×4 ölçüdə);
– şəxsiyyəti təsdiq edən sənədin surəti.
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdən, təşkilatlardan və ali təhsil müəssisələrindən Adyunkturaya qəbul olmaq üçün raportlar komanda üzrə 30.04.2024-cü il tarixinədək hərbi hissələrin komandirlərinə, hərbi-elmi (elmi-tədqiqat) və hərbi təşkilatların, ali təhsil müəssisələrinin rəislərinə təqdim edilməlidir.
Hərbi hissə komandirləri, hərbi-elmi (elmi tədqiqat) və hərbi təşkilatların, ali təhsil müəssisələrinin rəisləri adyunkturada təhsil almaq üçün müraciət etmiş namizədlərin raportlarını ona əlavə olunan sənədlərlə birlikdə 10 may 2024-cü il tarixinədək komanda üzrə Milli Müdafiə Universitetinin rektoruna göndərməlidirlər.
Digər dövlət orqanlarından adyunkturada təhsil almaq üçün müraciət etmiş namizədlərin raportları (ərizələri) ona əlavə olunan sənədlərlə birlikdə 10 may 2024-cü il tarixinədək Azərbaycan Respublikası müdafiə nazirinə ünvanlanmalıdır.
Ünvan: Bakı şəhəri, Şəfaət Mehdiyev küçəsi 136, “Qızıl Şərq” hərbi şəhərciyi. Milli Müdafiə Universiteti.
Əlaqə telefonu:
(070) 277-43-81;

(055) 700-52-64;

(012) 404-18-49.

Etiketlər #antiterror#cəbhə#cəbhəxəbərləri#müdafiə#ordu#qarbağ#sonxəbərlər#təlim#təlimlər#vətənnaminə#xəbərlərhərbiMüdafiəNazirliyi
Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.
Əvvəlki xəbər

Şəhid Azər Məmmədovun xatirəsi yad edilib

Növbəti xəbər

Avropa Sosial Şəbəkəsi “Yaxşı təcrübə” nümunəsi kimi Azərbaycanın sosial ödənişlərin proaktiv təyinat təcrübəsi barədə məlumat dərc edib

RSS Vətən Naminə TV

  • ŞƏHİDLƏRİMİZİ YAŞADAQ | Hüseynzadə Elməddin 13 İyun 2024
  • “ŞAHDAĞ QUBA & TRUSKAVETS” sanatoriyasında şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı 26 Fevral 2024
  • TURANA DOĞRU | ƏSGƏRƏ MƏKTUB 11 Noyabr 2023
  • TURANA DOĞRU | DÜNYA SAVAŞINA DOĞRU... 18 Oktyabr 2023
  • TURANA DOĞRU | TÜRK DÜNYASININ ZƏFƏR GÜNÜ - II hissə 30 Avqust 2023
  • TURANA DOĞRU | TÜRK DÜNYASININ ZƏFƏR GÜNÜ - I hissə 30 Avqust 2023
  • TURANA DOĞRU | Azərbaycan və Qazaxıstan ictimai birlikləri əməkdaşlığa imza atdılar 05 Avqust 2023
  • #söyüdlü #gədəbəy #etsn #vətənnaminə #xəbərlər 18 İyul 2023
  • #gədəbəy #media #söyüdlü #etsn 18 İyul 2023
  • Prezidentin Nazirliyə verdiyi 1 həftə sona çatdı - ETSN-dən açıqlama 18 İyul 2023
  • TURANA DOĞRU | Buxara vilayətinin baş həkimi İlxom Norov 07 İyul 2023
  • TURANA DOĞRU | 26 iyun Silahlı Qüvvələr Günü 26 İyun 2023
  • ŞƏHİDLƏRİMİZİ YAŞADAQ | Kərgicahan pələngi 24 İyun 2023
  • #vətənnaminətv #turanadoğru #turanordusu #türkiyə #media 22 İyun 2023
  • #vətənnaminətv #şəhidlərölməzvətənbölünməz #gədəbəy #turanordusu #türkiyə 22 İyun 2023
Vətən Naminə

©2024 Hüquqları qorunur.

Vətən Naminə Media Qrup

  • Haqqımızda
  • Galereya
  • Saytın istifadə qaydaları
  • Əlaqə

Bizi izləyin

No Result
View All Result
  • Əsas səhifə
  • Xəbərlər
    • Siyasət
    • Cəmiyyət
    • Dünya
    • İdman
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Kriminal
  • Sosial
    • Turizm
    • Kulinariya
    • Film
    • Layihələr
  • Texnologiya
    • Kibertəhlükəsizlik
    • Proqramlaşdırma
    • Smartfonlar
    • Startup
  • Hərbi
    • Təlimlər
    • Görüşlər
    • Cəbhə Xəbərləri
  • Qanunvericilik
    • Qanun
    • Fərman
    • Sərəncam
    • Qərar
  • Digər
    • Sosial sahibkarlıq
    • Elm və təhsil
    • Müsahibələr
    • Araşdırma
    • Məqalələr
    • Tədbirlər

©2024 Hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlərdən istifadə edirik. Visit our Gizlilik Siyasəti.