Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, tədbirlər çərçivəsində Milli Müdafiə Universitetinin (MMU) nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub, tələbələrlə görüşüb.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
UNEC-in professor-müəllim heyətinin də iştirak etdiyi görüşdə tələbələrlə gənc nəslin milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində maarifləndirici söhbətlər aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda elm və təhsil sahəsində əməkdaşlıq haqqında bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.