Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, görüşdə Dövlət İdarəçilik Akademiyasının professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Tələbələrlə gənc nəslin milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində maarifləndirici söhbətlər aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda elm və təhsil sahəsində əməkdaşlıq haqqında bir sıra məsələlər müzakirə edilib.
Vətən Naminə Mətbuat Xidməti

















