Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, plana əsasən Milli Müdafiə Universitetinin (MMU) nümayəndə heyəti Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri ilə görüşüb.
Tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Görüşdə gənc nəslin milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində maarifləndirici söhbətlər aparılıb.
Tələbələrə hərbi qulluqçularımızın döyüş hazırlığı, əsgər və zabitlərimizin gündəlik fəaliyyəti haqqında videoçarx təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.
ADPU-nun professor-müəllim heyətinin də iştirak etdiyi görüşdə elm və təhsil sahəsində əməkdaşlıq haqqında bir sıra müzakirələr aparılıb.
Sonda birgə xatirə fotosu çəkdirilib.