HomeBütün XəbərlərMilli Məclisin deputatı Aydın Mirzəcanzadə “Vətən Naminə” medalı ilə təltif edildi

Milli Məclisin deputatı Aydın Mirzəcanzadə “Vətən Naminə” medalı ilə təltif edildi

Milli Məclisin deputatı Aydın Mirzəcanzadə “Vətən Naminə” medalı ilə təltif edildi

Azərbaycan QMƏVŞAİB idarə heyətinin qərarı ilə Milli Məclisin deputatı Aydın Mirzəcanzadə vətənpərvərlik işində fərqləndiyinə görə “Vətən Naminə” medalı ilə təltif edilmişdir. Təltifat 2017-ci il dekabrın 25-i ictimai birlikdə keçirildi.

Təqdimat mərasimində ictimai birliyin idarə heyəti və MNTK-nın üzvləri iştirak edirdilər.

İctimai birliyin sədri Mehdi Mehdiyev “Vətən Naminə” medalını təltif edərkən Aydın müəllimin Milli Məclisin iclaslarında daima Qarabağ müharibəsi statusuna malik  unsanların  problemlərini qaldırdığına görə öz minnətdarlığını bildirdi.

Mehdi müəllim Qarabağ müharibəsi statusuna malik olan insanların rifahının yaxşılaşdırılması üçün bir neçə təklif irəli sürərək onların Milli Məclisdə baxılmasını xahiş etdi.

Öz növbəsində Aydın müəllim də minnətdarlığını bildirdi və bundan sonra da müharibə statuslu insanların problemlərini həll etmək istiqamətində addımlar atılacağını bildirdi.