VETENNAMİNE.AZ xəbər verir ki, Qənirə xanım Paşayevanın vəfatını deputatın köməkçisi Elbəy Bədirov deyib.
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.
Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev və çoxminli üzvləri, VETENNAMİNE.AZ kollektivi adından Qənirə xanım Paşayevanın ailəsinə və yaxınlarına baş salığı verir, Allahdan səbr diləyirik!
Allah Rəhmət Etsin!
Vətən Naminə Mətbuat Xidməti