VETENNAMİNE.AZ xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masada söyləyib.
MSK sədri bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda yaradılacaq məntəqələrdə 18 yaşına çatmış vətəndaşlar öz səslərini verəcəklər. Onun sözlərinə görə, həmin ərazilərdə hələ altı ay bundan əvvəl tikintidə işləyənlər, hərbi hissələrdə xidmət keçənlər artıq qeydiyyatdadırlar.
“Media qurumları və subyektləri işğaldan azad edilmiş ərazilərdə seçki prosesində də fəal iştirak etməlidir. Bu, Seçki Məcəlləsində də öz əksini tapıb”, – Məzahir Pənahov bildirib.
Vətən Naminə Mətbuat Xidməti