Bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev VETENNAMİNE.AZ-a bildirib.
O qeyd edib ki, bu ilin payız əkin mövsümündə ölkənin meşə fondu torpaqlarının açıq sahələrində, o cümlədən ötən illərdən yanğına məruz qalmış meşə torpaqlarında ümumilikdə 1,5 milyon ağac tinginin əkilməsi, 25 tondan artıq toxumun səpilməsi planlaşdırılır.
Xidmət rəsmisinin sözlərinə görə, hazırda əkin mövsümündə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində hazırlıq işləri davam edir.
“Lənkəran, Lerik, Astara, Cəlilabad, Tovuz, Qazax, Ağstafa, Sabirabad, Şirvan, Şabran, Quba, Qusar, Xaçmaz, İsmayıllı, Şəki, Qax, Zaqatala, Balakən, Ağcabədi, Beyləqan, İmişli, Göygöl, Goranboy, Bərdə, Yevlax, Zərdab, Şəmkir, Daşkəsən və digər rayonların meşə fondu torpaqlarının açıq sahələrində bugünədək, ümumilikdə 436 hektar ərazidə torpaq hazırlığı işləri aparılıb”.
Vətən Naminə Mətbuat Xidməti