Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən VETENNAMİNE.AZ-a verilən məlumata əsasən, araşdırma zamanı Yardımlı rayonu Ləzir kəndi ətrafındakı 2 saylı meşə dolayında ağacların sözügedən kənd sakinləri Qadir Nuriyev və Ceyhun Nəzərov tərəfindən kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.
Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Hazırda ərazidə araşdırmalar davam etdirilir.

Vətən Naminə Mətbuat Xidməti













