Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyevdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Xocalı şəhərində 7 nəfər şəhidin Şəhidlər Xiyabanında dəfn mərasimində iştirak edib. Vetennamine.az saytına verdiyi müsahibədə Mehdi müəllim bildirmişdir ki, Xocalı şəhərinin mərkəzində aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyəti dəqiqləşdirilmiş 7 nəfərin cənazəsi 31 mart 2024-cü il tarixində yeni salınmış Şəhidlər Xiyabanında dəfn edilib. 32 ildən sonra Xocalıdan olan şəhidlər öz doğma torpağında dəfn edildilər.
Dəfn mərasiminə Avropa birliyi ölkələrinin səfirlikləri dəvət almalarına baxmayaraq heç bir səfirliyin nümayəndəsi
iştirak etmədi. Azərbaycana qarşı ikili standartlar bu ölkələr tərəindən açıq-aşkar həyata keçirilir. Belə ki, 30 il ərzində ədalətdən, demokratiyadan danışan Avropa ölkələri Azərbaycanlı itkinlərlə maraqlanmadı. Hal-hazırda da qərb ölkələri Ermənistanı alət kimi istifadə edərək Azərbaycana qarşı yeni müharibə
, yeni terrorlar törətmək üçün sürətlə silahlandırır.
Avropa birliyi ölkələrinin sərhədyanı bölgələrdə Ermənistanın ərazisində müşahidə aparması başa düşülən deyil, məhz onların müşahidəsi ilə Naxçıvan istiqamətində atəşkəs pozuldu. Avropanın müşahidə heyəti bu insidentlə bağlı susmağı daha üstün bildilər. Belə qənaətə gəlinir ki, qərb dünyası türkfobiyadan, islamofobiyadan əziyyət çəkir, Cənubi Qafqaza irqi, səlibçi yanaşmalarla baxır. Avropa birliyi ölkələrini və ABŞ-ı Azərbaycana qarşı ikili standartlarla yanaşmasını
və Ermənistanı müharibəyə sövq etməsini pisləyirik və bu cür əməllərə son qoymağa çağırırıq.
Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti