Mayın 6-na olan hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir.

Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 11-14° isti, gündüz  15-17° isti,

Bakıda gecə 11-13° isti, gündüz  15-17° isti olacaq.

Atmosfer təzyiqi  760 mm civə sütunu təşkil edəcək.  

Nisbi rütubət 70-75 % olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.  Havanın temperaturu gecə 9-14°isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz   5-9° isti olacaq.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.