Mayın 6-da olan hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Lakin gecə və səhər bəzi yerlərdə  qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-15° isti, gündüz  16-20° isti olacaq.

Bakıda gecə 12-14° isti, gündüz  17-19° isti olacaq.

Atmosfer təzyiqi  755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək.  

Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 8-13° isti, gündüz 22-27° isti, dağlarda gecə 2-6° isti, gündüz  7-12° isti olacaq.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.