Mayın 27-ə olan hava proqnozu


Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən
Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq,
əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 13-15° isti, gündüz 19-24° isti olacaq.
Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq