Mayın 25-ə olan hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-14° isti, gündüz  16-19° isti,

Bakıda gecə 12-14° isti, gündüz  17-19° isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 70-75 % olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti, dağlarda gecə  0-4° isti, gündüz 4-8° isti olacaq.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.