Mayın 12-ə olan hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında yağışın günün birinci yarısında kəsiləcəyi, əsasən   yağmursuz  keçəcəyi gözlənilir.Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz  15-18° isti olacaq.

Bakıda gecə 10-12° isti, gündüz  16-18° isti olacaq.

Atmosfer təzyiqi  764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-13° isti, gündüz  15-20° isti, dağlarda gecə 2° şaxtadan 2°-dək isti, gündüz  5-10° isti olacaq.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.