Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhəri, Suraxanı rayonunda fəaliyyət göstərən kərpic zavodunun ətrafında və Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində tullantıların qalaqlanması faktları müəyyən edilib.
Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı tullantıların “Kamaz” markalı 99-TU-309, “JAC” markalı, 01-BL-992 və “ZİL” markalı, 42-BH-423 dövlət nömrə nişanlı yük avtomobillərindən sözügedən ərazilərə boşaldıldığı məlum olub. Faktlarla bağlı akt tərtib olunub.
“Nəqliyyat vasitələrinin sürücülərinin kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilib”.
Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti