Əl-Qaidə və İŞİD-lə əlaqəsi olan üsyançılar artıq on ildən çoxdur ki, Mali və Sahelin bəzi bölgələrində fəaliyyət göstərirlər.
VETENNAMİNE.AZ xarici mediaya istinadən bildirib ki, Malinin müvəqqəti prezidentinin aparat rəhbəri Oumar Traore və daha üç nəfər pusquda öldürülüb. Pusunun Malinin cənub-qərbindəki Koulikoro bölgəsindəki Nara kəndi ərazisində baş verdiyi, lakin hücumun nə vaxt baş verdiyi və buna görə kimin məsuliyyət daşıdığı barədə əlavə təfərrüat verilməyib.
Nümayəndə heyəti ilə birlikdə səyahət edən sürücünün hələ də itkin düşdüyü bildirilir.
Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti