Mətbuat Günü


Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd edilir.Milli Mətbuatın analizində ilk qəzetinin nəşrə başlamasından 147 il ötür.22 iyul 1875-ci ildə görkəmli maarifçi,publisist,təbiətşünas-alim Həsən Bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi “ qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb.
Həsən Bəy Zərdabi böyük əzab-əziyyətdən sonra öz dilimizdə qəzetin çapına nail ola bilmişdir.Əkinçki qəzeti 22 iyul 1875-ci il tarixindən 29 sentyabr 1877-ci il tarixinə qədər ayda 2 dəfə olmaqla çapını davam etdirmişdir.Bu müddət ərzində qəzetin 56 nömrəsi çap edilmişdir.Əkinçi qəzetində o zamanın görkəmli alim və ziyalılarının göndərdikləri məktublar,Seyid Əzim Şirvaninin şeirləri dərc olunurdu. Azərbaycan Milli Mətbuatının təməlini qoyan “ Əkinçi” qəzeti 2 illik ömür yaşasa da xalqın milli və müasir ruhda tərbiyə olunmasında böyük rol oynadı.
Hörmətli mətbuat işçiləri ! Əziz qələm sahibləri !
Jurnalist peşəsi dərin biliyə yiyələnməklə yanaşı həm də xüsusi istedad tələb edən bir peşədir.Bu peşənin öhdəsindən yalnızpeşələrinə sədaqət nümayiş etdirən, cəmiyyətimizi dürüst məlumatlarla təmin edən peşəkar jurnalistlər gələ bilər.
Sizi Milli Mətbuat Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir , böyük fədakarlıq tələb edən, məsuliyyətli və şərəfli fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm.
Hörmətlə
Mehdi Mehdiyev
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri