Məşğulluq mərkəzlərinə müraciət edənlərə təlimlər keçirilib

Şəhid ailələri və Qarabağ müharibəsi iştirakçılarının, onların ailə üzvlərinin sosial vəziyyətinin yaxşılaşdırması məqsədilə 11 aprel 2022-ci il tarixindən başlayaraq “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” ictimai birliyi  tərəfindən “Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçılarının sosial problemlərinin həlli istiqamətində sosial-iqtisadi islahatların həyata keçirilməsinə dəstək” adlı layihənin 2-ci hissəsi icra olunub.

Layihə, Tərtər, Bərdə, Ağdam rayonlarında və Naftalan şəhərində həyata keçirilib.

Layihə çərçivəsində Tərtər, Bərdə, Ağdam rayonları və Naftalan şəhərində məşğulluq  mərkəzlərinə müraciət edən və işlə təmin olunmaq arzusunda olan şəxslərə  gələcək bizneslərinin inkişafına köməklik göstərmək məqsədi ilə özünəməşğulluq proqramı daxilində təklif olunan sahənin seçimi üzrə təlimlər keçirilib.

Təlimlərdə, iştirakçılar müəyyən bilik və bacarığlara yiyələnərək, özünəməşğulluq proqramına qoşulmaq səriştələrini artırıb, qarşılaşdıqları problemlər qismən öz həllini tapıb. Həllini tapmayan problemlər barəsində isə aidiyyatı qurumlara müraciətlər hazırlanıb.

Təlimdə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin vəzifəli şəxsləri və digər qeyri-hökümət təşkilatlarının vəzifəli şəxsləri iştirak edib. Əsasən vətəndaşların sosial problemlərinin həlli yönümlü maarifləndirmə işi aparılmış və sonda onlara biznes planın hazırlanması istiqamətində praktiki dəstək göstərilib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.