Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2022-2023-cü tədris ili üzrə qış tətili başlayıb. Qış tətili 27-31 yanvar tarixlərini (5 gün) əhatə edir.
Bunu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən vetennamine.az saytına məlumat veriblər
Tətildən sonrakı ilk dərs günü 1 fevral 2023-cü il tarixidir.
Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.













