“Mədəniyyət mirasımıza kiçik addımlarla səyahət” adlı layihə həyata keçirilib

Lənkəran şəhəri Şilavar kənd tam orta məktəbinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2021-ci ildə “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” çərçivəsində “İstedad və yaradıcılıq meyllərinə görə təhsil alanların kurikulumdan kənar bilik və bacarıqlarının formalaşdırılması” mövzusu istiqamətində “Mədəniyyət mirasımıza kiçik addımlarla səyahət” adlı layihəsi həyata keçirilib. ​

Layihə çərçivəsində Lənkəran rayonu üzrə 16 orta məktəbin 25 nəfər Vl-Vlll sinif şagirdləri (cəmi 400 şagird) və 1 nəzarətçi müəllimi 3 saat müddətində Şilavar məktəbində onlar üçün təşkil edilmiş sərgidə və məlumatlandırma sessiyasında iştirak etmiş, eləcə də arxeoloji qazıntı işlərinin aparılma qaydaları üzrə təcrübə toplamışlar. İştirakçılar eyni zamanda xüsusi ayrılmış nəqliyyatla Lənkəran Tarix-diyarşunaslıq muzeyinə səfər etmiş və çay ziyafətinə qatılmışlar. Bütün iştirakçılara layihə ilə bağlı broşürlər paylanmış, video rolik nümayiş etdirilmiş və sertifikatlar təqdim edilmişdir. Eyni zamanda layihədə iştirak edən şagirdlər “Arxeologiyanın tariximizin öyrənilməsində rolu” adlı inşa müsabiqəsində iştirak etmiş və qaliblər mükafatlandırılmışlar. Həyata keçirilən proqram qeyri ənənəvi praktik metodları ilə şagirdlərin böyük marağına səbəb olmuş və onlar tərəfindən yüksək qiymətləndirilmişdir.

Layihənin həyata keçirilməsinə Lənkəran Şəhər Təhsil Şöbəsi, “İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyi, Lənkəran Regional Mədəniyyət İdarəsi və​ ​ Lənkəran Şəhər Uşaq Rəssamlıq məktəbi tərəfindən texniki və təşkilatı dəstək göstərilmişdir.

Tədbir zamanı çəkilmiş fotoşəkilləri Sizlərə təqdim edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.