Lyamblioz nədir?

Son zamanlar əhali arasında lyamblioz xəstəliyi ilə müraciət çoxalmışdır. Lyamblioz əslində “qurd” yox ibtidaidir. Protozoa sinifinə aiddir. İlk dəfə 1859-cu ildə Çexiya alimi Lyambl tərəfindən aşkar olunmuşdur.
“Lyambliya intestinales” öd kisəsində yox 12 barmaq bağırsağın selikli qişasında parazitlik edir. Daha çox Asiya və Afrika ölkələrində, son zamanlar isə ölkəmizdə də tez-tez rast gəlinir. Daha çox yoluxmuş sudan və qida vasitələrilə orqanizmə daxil olur. Lyambliya intestinales’in fərqli xüsusiyyəti onun sista əmələ gətirməsidir ki, o da suda və qida vasitələrində uzun müddət qalır. Hətta suda 35 günə qədər qala bilər.

Lyamblioz iki formada keçir: kəskin və xroniki
Kəskin forma xestələrdə ürəkbulanma, göbəkətrafı ağrılar, dareya- yəni duru nəcislə müşahidə olunur.
Xroniki lyamblioza isə tez-tez rast gəlinir. Periodik ürəkbulanma, iştahsızlıq, əsəbilik, yuxu pozğunluğu, dəri səpkiləri ilə müşahidə olunur. Diaqnostikası nəcisdə lyambliya sistalarının aşkarı, İFA metodu ilə qanda Anti G.intestinalese lg M və lg G təyini.

Müvafiq müayinə və müalicə üçün infeksionist həkimə müraciət olunmalıdır.

 

Samirə Əliyeva-həkim infeksionist, vetennamine.az saytının ştatdan kənar müxbiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.