VETENNAMİNE.AZ xəbər verir ki, yarışda Lerik rayon gənclərini təmsil edən 15 komanda 4 yarımqrupda birincilik uğrunda mübarizə aparmışdır. 10 gündən çox davam edən yarışın qalibi Lerik şəhərini təmsil edən “RMX” komandası, 2-ci yerin sahibi Əvilə kəndini təmsil edən “Əvilə” komandası, 3-cü yerin sahibi isə Lüləkəran kənd gənclərindən ibarət, “Lüləkəran” komandası olmuşdur.
Qalib komandalara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom, medal və kubokları təqdim olunmuşdur.
Mükafatları qaliblərə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Natiq İsaqov, Lerik rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Rahib Şiriyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Lerik rayon filialının sədri Veysəl Məlikov təqdim etmişlər. Allah şəhidlərimizə rəhmət eləsin.
Cənub regionu üzrə bölgə müxbiri Bəhruz Əliyev
Vətən Naminə Mətbuat Xidməti