Posted By Admin Posted On

Lerikdə şəhidlərin anım günü keçirilmişdir

2018-ci il martın 3-də Lerik şəhərində şəhid Əsədullayev Arzuman Azadxan oğlunun anım günü kecirmişdir. Tədbirdə rayon Icra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Azərbaycan QMƏVŞAİB Lerik rayon filialının sədri Veysəl Məlikov və filialın üzvləri, şəhidin ailə üzləri iştirak etmişlər. Şəhidin məzarı ziyarət olunmuş, ailəsi ilə görüş kecirilmişdir.

Həmin gün Lerik rayon Vistən kəndindən olan şəhid Feyziyev Rauf Bilal oğlunun anım günü kecirilmişdir. Tədbirdə İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Azərdaycan QMƏVŞAİB Lerik rayon filalının sədri Veysəl Məlikov, şəhidin ailə üzvləri, dini icmanın nümayəndəsi iştirak etmişlər. Şəhidin məzarı ziyarət olunmuş, ruhuna dualar oxunmuş və ailə üzləri ilə görüş kecirilmişdir.

Comments (0)

Leave a Reply

Your email address will not be published.