VETENNAMİNE.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, “İlkin məlumata əsasən, yanğın təxminən 1.5 hektar sahədə baş verib. Relyefin mürəkkəbliyinə baxmayaraq, həyata keçirilən operativ tədbirlər sayəsində dağlıq-meşəlik ərazi yanğından mühafizə olunub. Kiçik ocaqlar qalıb, onların da söndürülməsi istiqamətində işlər davam etdirilir. Əsas təhlükə aradan qaldırılıb” , deyə komissiya sədri bildirib.
Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ərazidə baş verən yanğın ocaqlarını və ərazini nəzarətdə saxlayır.
Vətən Naminə Mətbuat Xidməti