Cənub regionu üzrə bölgə müxbiri Bəhruz Əliyevin VETENNAMİNE.AZ saytına
verdiyi məlumata əsasən, tədbirdə Rayon İcra Hakimiyyətinin başısı Əkbər Abbasov,
rayonun Hüquq-Mühafizə orqanlarının ,idarə, müəssisə, təşkilat rəhbərləri, AzQMƏVŞA ib
Lerik rayon filialının sədri Veysəl Məlikov, şəhid ailələri, şəhidin döyüşçü yoldaşları, qazilər,
rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə şəhid Qəhrəmanın məzarını və adına salınmış parkda ucaldılmış büstünü ziyarət ediblər.
Anım tədbirində çıxış edənlər Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, SHXÇDX Lerik rayon şöbəsinin rəisi, polkovnik Arif Həsənov, ehtiyatda olan polkovnik Teymur Əliyev Qəhrəman şəhid Amil Əliyevin vətənpərvərliyindən, Vətən Müharibəsində döyüşlərdə göstərdiyi qəhrəmanlığından və bu qəhrəmanlığın cənab prezidentimiz İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək ən ali yüksək ada “VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANl” adına layiq görülməsindən danişdılar.
Sonda şəhidin atası Rəbbil Heydərov çıxış edərək şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə cənab prezident İlham Əliyevə və birinci vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.
Qeyd edək ki, şəhid Qəhrəman Amil Heydərova Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ölümündən sonra “VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANl” adı verilib,”VƏTƏN UĞRUNDA,” “CƏBRAYlLlN AZAD OLUNMASlNA GÖRƏ” medalları ilə təltif olunub.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN!

Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti













