AzQMƏVŞAİB-in Cəbrayıl rayon regionu üzrə bölgə müxbirinin VETENNAMİNE.AZ saytına verdiyi məlumata əsasən, Kürdəmirdə şəhidlərimizin xatirəsi yad olunub.
AzQMƏVŞAİB-in Cəbrayıl rayon filalının sədri Səbuhi Hüseynov və ictimai birliyin üzvləri Kürdəmir rayonunun Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidləri, əslən Cəbrayıl rayon sakinləri olmuş Əhmədov Elsəvər Aydın oğlu, Səfquluyev Məzahir Ağakişi oğlu və Əliyev Ziyadxan İbrahim oğlunun məzarlarını ziyarət edib, önünə gül dəstələri qoyaraq əziz xatirələrini yad ediblər.
Allah Şəhidlərimizə Rəhmət Etsin!
Qarabağ Azərbaycandır!