Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Xızı rayonu, Şuraabad kənd sakini Ramal Səfərov və Şirvan şəhər sakini İlqar Nuriyev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 700 metr uzunluğunda 17 ədəd sintetik tor götürülüb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən VETENNAMİNE.AZ – saytına bildirilib ki, faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Vətən Naminə Mətbuat Xidməti