Kosmosda ət istehsal edilə bilərmi?

Jeff Bezos və Elon Musk kosmosda koloniya yaratmaq istəyirlər. NASA da Marsa ayaq basmağı hədəfləyir.
Bəs insanlar kosmosa gedəndə nə yeyəcəklər?
İndiyədək kosmosda bitki yetişdirmək üzrə təcrübələr aparılıb. Bu dəfə ilk dəfə olaraq ət istehsalı üçün heyvan hüceyrələrində təcrübə aparılıb.
Keçən həftə edilən təcrübələrdə kosmos səyahətini dəyişdirmə potensialı var.
Bütün özəl sektor işçilərindən ibarət bir qrup, laboratoriyada heyvan hüceyrələrindən ət istehsalı sahəsində çalışan İsrail mərkəzli Aleph Farms adlı şirkətin apardığı təcrübə üçün ilk dəfə Beynəlxalq Kosmos Stansiyasını ziyarət etdi.
Amma bunun real məqsəd olmadığını və kosmosda süni ət istehsalının etibarlı qida mənbəyi ola bilməyəcəyini düşünənlər də var.
Süni ət necə hazırlanır?
Heyvan hüceyrələrini təkrarlayaraq ət istehsal etmək hətta yer üzündə də çətin bir işdir. Aleph Farms bunu kosmosda sınaqdan keçirən ilk şirkət oldu.
Bunun üçün heyvanlardan alınan hüceyrələrə böyüməsi üçün lazım olan amin turşuları və karbohidratlar verilir. Proliferasiya edən hüceyrələr əzələ olur.
Ət pivəbişirmədə istifadə edilənlərə bənzər çənlərdə istehsal olunur.
Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.